​Göyçə Mahalının Etnik Tərkibi və Qars və Göyçə Tarixi-Coğrafi Bütövlüyü Sənədlərdə

Spread the love

​Tarixən Cənubi Qafqazın, xüsusilə Qars pasalığı ilə Göyçə mahalının vahid mədəni, etnik və coğrafi areal təşkil etdiyi məlumdur. Regionda baş verən XVIII əsrin sonu və XIX əsrin əvvəllərindəki hərbi-siyasi proseslər, sərhəd dəyişiklikləri və müharibələr nəticəsində Qars və Göyçə xətti boyunca türk tayfalarının (xüsusən Qarapapaq və Tərəkəmə boylarının) daxili yerdəyişmələri baş vermişdir. Bu proseslər heç bir halda regiona “yad ünsürlərin gəlməsi” kimi deyil, eyni etnik kökə və vahid coğrafiyaya mənsub olan yerli türk əhalisinin öz ata-baba torpaqları hüdudunda məskunlaşması kimi səciyyələnməlidir.
​Kameral Təsvirlər və Ardanış və Toxluca Xətti
​XIX əsrə aid “Göyçə mahalının kameral təsviri” sənədlərində yer alan statistik məlumatlar mahalın tamamilə yerli musulman-türk əhalisindən ibarət olduğunu təsdiqləyir. Göyçə gölü hövzəsində strateji və tarixi mövqeyə sahib olan Ardanış və Toxluca kəndləri də bu etno-mədəni mühitin ən qədim yaşayış məskənlərindəndir.
​Qarsdan Göyçəyə Tarixi Köç Dalğası (XVIII-XIX əsrlər):
Qars bölgəsindən Göyçə mahalına köç edən nəsillər əslində eyni tayfa birliklərinə mənsub idilər. Əhməd Məhəmməd oğlu nəsli kimi köklü ailələrin Qarsdan Göyçəyə inteqrasiyası regionun etnik tərkibini dəyişməmiş, əksinə, Göyçədəki yerli türk varlığını daha da möhkəmləndirmişdir.
​Ailə Şaxələnməsi və Məskunlaşma:
Ardanış və Toxluca kəndlərinin tarixi şəcərə əlaqələri göstərir ki, Qars xəttindən gələn soydaşlarımız Ardanış və Toxluca kimi köklü kəndlərdə yerləşərək böyük tirələr və nəsillər formalaşdırmışlar. Bu nəsillərin nümayəndələri Göyçə gölü ətrafında həm əkinçilik, həm də dəyirmançılıq və digər təsərrüfat sahələrini inkişaf etdirərək mahalın sosial-iqtisadi həyatında mühüm rol oynamışlar.

Ardanış və Toxluca kəndlərindəki tayfa birləşmələri (Ardanışdan olan ata və Toxlucadan olan ana xətti kimi tarixi şəcərə bağları) Göyçə mahalının hər bir kəndinin bir-biri ilə qan və soy bağları ilə bağlı olduğunu sübut edir. Qars və Göyçə əhalisinin vahid etnokultural kökə dayanması, erməni tarixşünaslığının iddia etdiyi “sonradan məskunlaşma” fərziyyələrini tamamilə təkzib edir. Bu yerdəyişmələr Osmanlı-Rusiya müharibələri dövründə sərhədin hər iki tərəfində yaşayan yerli türk əhalisinin öz tarixi coğrafiyası daxilindəki təbii hərəkətliliyidir.
Prezident mükafatçısı Yazıçı -Jurnalist AYB-AJB-nin üzvü Sona Abbasəliqızı İsmayılova
Kaynak:https://www.preslib.az/ru/book/16glpfsw5diyThe

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Scroll to Top