Səmimi deyək ki, gündəlik həyatımızı, qida rasionumuzu duzsuz təsəvvür etmək qeyri-mümkündür. Duz təkcə orqanizmimizdəki fizioloji resursları təmin etmir, həm də bioloji tələbatımızı ödəyir.
Bəllidir ki, duzun elmi sübutlarla müxtəlif növləri aşkarlanıb. Bu duzlardan həyatımız üçün ən vacib olanlarıbdan biri də qaya duzudur. Belə deyək, bu duz ticarət baxımından da çox önəmlidir. Dünyanın çox az yerində rast gəlinən bu duza tarixən böyük ehtiyac olmuşdur və bu gün də böyük ehtiyac var.
Əlbəttə ki, duzun yaranması, emala cəlb edilməsi barədə müxtəlif fikirlər səsləndirilir. Lakin bizə ən yaxın və inamlı mənbələr etiraf edirlər ki, duz, əsasən də qaya duzu ilk dəfə mətbəxə türklər tərəfindən daxil edilmişdir. Bu barədə həqiqəti əks etdirən bir rəvayət də var. Deyirlər ki, Adəm oğullarından olan Türk xanın oğlu Tütək xan çöl düzündə bişirdiyi əti yeyərkən əlindəki tikəsi yerə düşür, tikəni yerdən götürür və yeyərkən dadının dəyişdiyini hiss edir. Ona məlum olur ki, yediyi tikəyə xüsusi dad verən hər nədirsə, orqanizm üçün faydalıdır… Elə o zamandan etibarən duzdan geniş istifadə olunur.
Elmi dildə desək, duzlar metal atomlarından və turşu qalıqlarından ibarət olan mürəkkəb maddələrdir. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən duzlar su məhlullarında dissosiasiya edilərkən metal kationları və turşu qalığı anionları əmələ gətirir. Alimlər ilk dəfə belə bir təcrübə apararkən məhz bu kristal quruluşlu elektrolitə duz adı vermişlər. Hər növ duzun öz kimya, təbiət resursu var.
Hələ orta məktəb illərindən bilirik ki, duzlar müxtəlif rəngli, əsasən yüksək ərimə temperaturuna malik bərk, kristal maddələrdir. Bu mənada, biz elmi cəhətdən hansı duzun necə və hansı şəkildə istifadə qaydalarını artıq laborator formada yaxşı bilirik.
Oxuduğumuz mənbələrdən bilirik ki, keçmiş zamanlarda duz çox bahalı olub. Hətta duzdan pul kimi də istifadə olunub. Təsəvvür edin, duz müharibələrə və çaxnaşmalara səbəb olub. Torpağında duz kristalları olan dövlətlər digər dövlətlərin hücumlarına kəskin münasibət bildirib və duzu göz-bəbəyi kimi qoruyub. Belə demək mümkünsə, hələ əsrlər əvvəl xalqlar duzu çörəyə bərabər tutub, onu müqəddəs nemət sanıblar.
Elə izlədiyimiz filmlərdən, oxuduğumuz kitablardan və s. bizə məlum olur ki, hələ əsrlər əvvəl duz süfrəyə bahalı qablarda qoyulub. O zamanlar da duz bolluğun, varlılığın rəmzi sayılıb. Bəzi xalqlarda, məsələn, ruslarda, ukraynalılarda və s. hörmətli qonağı çörək və duzla qarşılamaq adəti indiyə kimi qalmaqdadır.
Bilirik ki, heç bir sənaye üsulu hazırlanma prosesi olmadan keçmir. Qatqı maddəsi əlavə olunmayan kristal qaya duzu da bu qaydada tərkib tapır. Qaya duzu da istehsal və istifadə zamanı rütubətsiz, qoxusuz məkanda, şüşə qablarda və ya öz qutusunda ağzı bağlı şəkildə saxlanılmalıdır. Bu duzdan aroma yağları ilə qarışdırılaraq, müalicə vannalarında istifadə edilə bilər. Ümumiyyətlə, bu duzdan da həddən artıq istifadə edilməməlidir. Bu mənada, duz yalnız yeməklərə dad vermir, eyni zamanda onun bir çox faydaları da mövcuddur. Əslində, isə hər kəs duzun faydalarından çox zərərlərini bilir.
Qaya duzu suyun buxarlanması nəticəsində yaranan ağ və iysiz kristal dənəcikləridir. Bu dənəciklər kalsium, potasium, sink və mislə zəngindir. Bu duz müalicəvi əhəmiyyətinə görə süfrə duzundan fərqlənir. Məhz buna görə yeməklərə dad vermək üçün süfrə duzundan istifadə edilir.
Qaya duzunun faydalarından yararlanmaq üçün isə onun istehlak miqdarına da diqqət etmək lazımdır.
Bəs qaya duzunun hansı faydaları var? Aparılan araşdırmalara görə, bədəndə duz miqdarının az olması xroniki xəstəliklərin yaranmasına gətirib çıxardır. Misal olaraq, ürək xəstəliyi və təzyiqi aşağı olan şəxs mütləq duz istehlak etməlidir. Tənəffüs yolu xəstəliklərində duz zərərli bakteriyaları məhv edir və bronxial problemləri aradan qaldırır. Diabet xəstələrinə də bu duz müsbət təsir göstərir. O, qan ləkəsinə qarşı da olduqca effektivdir. Həddindən artıq tərləmə, sümük xəstəlikləri, saç tökülməsində də qaya duzundan geniş istifadə olunur.
Qaya duzu yerin altından çıxarılır, bu duz ən iri dənəcikləri olan duzdur. Qaya duzu əsasən sümük əriməsi kimi xəstəliklərin müalicəsində istifadə olunur. Hətta, tədqiqatlar nəticəsində məlum olub ki, qaya duzunun xərçəng hüceyrələrinə də müsbət təsiri var. Qaya duzunun tərkibində 84 növ mineral var. Qeyd edək ki, bu duzdan normadan artıq istehlak, sinir sitemini və hormonları poza, böyrəklərdə daşların yaranmasına gətirib çıxarda bilər.
Dediyimiz kiki, duz (qaya duzu da) Türkiyənin iç Anadolu bölgəsində yer alan eyniadlı vilayətin mərkəzi Çankırıda tapılıb. Hələ qədim zamanlardan bir qala şəhəri olan Çankırının adı Qərb səyyahları tərəfindən “Çangırı” və ya “Çengiri” formasında yazılıb. Elə müasir şəhər də qədim “Gangara” adlı şəhərin yerində qurulub. Sonradan qala şəhəri cənuba doğru genişlənməyə başlayıb.
Çankırı Bələdiyyəsi katibliyinin müdiri, eyni zamanda mədəniyyət və sosial işlər müdiri Muharrem Ovacıklının bildirdiyinə görə, əvvəllər Ankaranın kölgəsində qalan bu şəhər yeni-yeni gündəmə gəlməyə başlayıb. O, deyib: “Buradakı tarixi abidələri bərpa edir, eyni zamanda müxtəlif mədəniyyət tədbirləri həyata keçiririk. Çankırı qalasında təmir-bərpa işləri artıq başa çatıb. Eyni zamanda şəhərdə olan bir sıra qədim mədrəsə binaları da turistlər üçün maraqlı məkanlardandır”.
Müasir şəhərə çevrilən Çankırıda turizmə xüsusi önəm verilir. Şəhərin turizm imkanlarından danışdıqda isə öncə duz mağaralarından söz açmaq lazımdır. Çünki Ankara və ətraf rayonlara gələn turistlərin ən çox ziyarət etdikləri məkanlardan biri də bu mağaralardır.
Bəli, dünyanın ən böyük duz ehtiyatlarından biri Çankırıdadır. Burada 500 milyon ton duz ehtiyatı olduğu bildirilir. Burada hər il 150 min tonadək duz çıxarılır. Çankırı qaya duzu mağarası Türkiyənin duza olan ehtiyacını qarşılamaqdadır.
Bu məkan eyni zamanda şəhər turizminə böyük töhfələr verməkdədir. Beş min ilə yaxındır ki, istifadə edildiyi təxmin olunan mağara Çankırı şəhərindən 20 km məsafədə yerləşir. Mağaranın uzunluğu 8 kilometrdir. Onun girişindən sonra içəridə gördüyümüz mənzərə müasir bir avtomobil yolunu xatırladır. Mağaranın içərisində bir çox qalereyalar da yer alıb.
Çankırı duz mağarasının ən diqqətçəkən məqamlarından biri də orada tapılan uzunqulaq cəsədidir. Təəccüblüsü odur ki, təxminən 200 il əvvəl öldüyü güman edilən heyvanın cəsədi bu müddətdə çürümədən qalıb. Bildirildiyinə görə, onu muzeyə aparıblar, lakin orada yavaş-yavaş çürüdüyünü görüncə təkrar mağaraya qaytarıblar. Mumyalanmış kimi görünən bu heyvan hazırda ziyarətçilərə sərgilənməkdədir. Burada duzdan “mumyalanan” dovşan cəsədi də saxlanılır.
Naxçıvan”Duzdağ” məkanından sağlamlıq turizmi məqsədilə istifadə edilir. Hazırda isə biz orada olan zaman mağarada təmir-bərpa işləri aparılırdı. Hesab olunur ki, bu mağara astma və nəfəs çatışmazlığı olan xəstələrə qarşı müalicəvi xüsusiyyətlərə malikdir. Bununla bağlı olaraq mağaranın içərisində “Astma müalicəsi otaqları”nın artırılması və qurulması üçün işlər görülür.
Qaya duzundan hazırlanan lampaların da tibbi faydası var. Xatırladaq ki, müalicə mərkəzləri ilə birlikdə mağaradakı qalereyaların bəzilərinin muzeyə çevrilməsi və burada qaya duzu əsərlərinin sərgilənməsi də nəzərdə tutulur. Və Çankırıda əldə edilən qaya duzundan düzəldilən lampa şəklindəki heykəllər həm vizual baxımdan, həm də sağlamlıq baxımından ziyarətçilərin diqqətini çəkməkdədir. Duz lampalarının təbii ionlaştırıcı təsiri yorğunluğa, nəfəs daralmasına, astma ağrılarına, allergiyalara, dəri xəstəliklərinə qarşı effektli olduğu bildirilir.
Onu da qeyd edək ki, insanların marağı üçün bu lampaların satışı da təşkil olunub. Lampanın içindəki işığın yanması ilə duz isinir və havaya istilik yayılır. Məsələn, 2-3 kiloqramlıq duz lampası yetərli temperatura çatanda 10 kvadratmetrlik bir məkanın havasını 300 faizə qədər daha təmiz hala gətirir.
Ümumilikdə, qaya duzu nədir? Qaya duzu, Halite üçün istifadə olunan sənaye adıdır. Bu qaya duzunun zərif bir versiyasından qaynaqlandıqdan və ümumiyyətlə duzlu dadı əlavə etmək üçün yeməyə əlavə edildikdən sonra süfrə duzu kimi istifadə olunan duzdur. Qaya duzu yeraltı qaya birləşmələrindən hasil olunur.
Tərkibində ən bol tərkib hissəsi olan natrium xlorid var, eyni zamanda digər mineralları da tapmaq çətin olan çox az miqdarda olur. Su və ya qidada həll olunmasını çətinləşdirən kristal hissəciklərə malikdir.
Qaya duzu yer səthində meydana gələn yeraltı süxurlardan qaynaqlanır. Dəniz suyunun digər minerallar kimi qazılan və istehlak üçün təmizlənmiş qaya duzunu yaratmaq üçün qumun altındakı duz hissəciklərini tərk etməsi üçün çoxdan buxarlanmalı olduğu güman edilir.
Qaya duzu dünyanın bir çox böyük su obyektində tapıla bilən dəniz duzu qədər bol deyil. Bununla birlikdə, dünyanın ən əhəmiyyətli təbii qaya duz mədəni olan Amerika Birləşmiş Ştatları və Pakistanda qaya duzunun əhəmiyyətli anbarları ola bilər.
Qaya duzu digər tərəfdən təbiətdə vahid olmayan böyük və xırda kristallarla xarakterizə olunur. Üstəlik, qaya duzu çox sayda çirkə aid olan boz rəng göstərir.
Qaya duzu çox miqdarda duz tələb olunan yerlərdə istifadə olunur, xüsusən dondurmaların hazırlanmasında və qar yağışından sonra yollarındakı buzların əriməsində, çünki buzun ərimə nöqtəsini aşağı salır. Qaya duzunun qida üzərində duzdan istifadə edilməsinə üstünlük verilmədiyini vurğulamaq vacibdir.
Qaya duzu ət və dəniz məhsulları üçün ən uyğun konservant halına gətirən daha güclü bir ləzzətə malikdir. Ləzzət, ilk növbədə az miqdarda istifadə edildikdə yeməyin dadını vurğulamaq üçün qaya duzundan istifadə etməyə imkan verir.
Qaya duzunda bir çox xarici element yoxdur və dəniz duzuna nisbətən natrium xlorid birləşməsinin xeyli yüksək tərkibinə malikdir. Ancaq qaya duzundakı bəzi çirklər onu boz rəngə çevirir.
Azərbaycanda ən böyük daş duz yatağı – qaya duzu yuxarıda deyildiyi kimi, Naxçıvan Muxtar Respublikasındadır. Bu yataqda daş duz şaxta üsulu ilə çıxarılmışdır və çıxarılmaqdadır. Hazırda bu daş duz yatağında ümumi uzunluğu 40 km-dən çox olan tunellər mövcuddur. İndi həmin mədənin bir hissəsi nəfəs yolları xəstəliklərinin, xüsusən də bronxial astmanın müalicəsi üçün istifadə olunur. Belə ki, tunellərin daş duz divarlarında olan ionlar havada olan mikrobları öldürür və xəstəliyin müalicəsi asanlaşır.
Bir sözlə, duz canlı aləm üçün həyat ritmidir və ondan istifadə qaydaları günün reallığına uyğun olmalıdır.
Prezident mükafatçısı
Yazıçı -Jurnalist
AYB-AJB-nin üzvü
Sona Abbasəliqızı İsmayılova
